"Avropa Liqasında asan rəqib yoxdur. Oyuna çox ciddi hazırlaşmalıyıq".

Offsideplus.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçi əvəzi Zaur İsmayılov klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının I təsnifat mərhələsində Albaniya "Laçi"si ilə matçı dəyərləndirərkən deyib. 

Mütəxəssis artıq rəqibi analiz etməyə başladıqlarını söyləyib. İsmayılov "Laçi"nin çox yaxşı futbolçulara malik kollektiv olduğunu söyləyib: "Bütün xəttlərdə güclü oyunçuları var”.

Qeyd edək ki, "Keşlə" - "Laçi" matçı avqustun 27-də "ASK Arena"da keçiriləcək. Avropa Liqasında təsnifat və pley-off mərhələləri bir oyundan ibarət olacaq.