“Komandamızın bugünkü performansını bəyəndim. Meydana az çıxan futbolçulara şans vermək baxımından bu oyun önəmli idi”.
Offsideplus.az-ın məlumatına görə, bu sözləri “Arsenal”ın baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə “Vorskla”ya qəlib gəldikləri oyundan (3:0) sonra mətbuat konfransında deyib.
London klubunun qollarından ikisini gənc futbolçular – 18 yaşlı Smit Rou və 19 yaşlı Co Uillok vurub. Emeri gənclərin çıxışından razı qaldığını və “Qarabağ”la keçiriləcək qrupun son matçında onlara yenidən şans verəcəyini bildirib. “Bu oyunda müntəzəm bizimlə məşq edən gəncləri sınadım. Emil Smit-Rou artıq məsuliyyət dərk edir, oyunu öz üzərinə götürməyi bacarır. O, digər gənclərə örnəkdir. Qrup mərhələsini lider kimi də başa vura bilərik, 2-ci yerlə də. Ancaq “Qarabağ”la matçda da gənclərə şans verəcəm. Oyun qrafikimiz sıxdır. Ona görə də bütün futbolçularımıza şans vermək lazımdır”.
Qeyd edək ki, “Arsenal” – “Qarabağ” matçı dekabrın 13-də keçiriləcək. London klubu hələ ötən turdan pley-offa vəsiqəni təmin edib. “Qarabağ” isə dünən ”Sportinq”ə uduzmaqla qrupdan çıxmaq şansını itirib. (qol.az)