Avropa Liqasının qrup mərhələsində 5-ci turun ən yaxşı futbolçusu adına namizəd futbolçuların siyahısı açıqlanıb.

Offsideplus.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, namizədlər sırasında "Qarabağ"la matçda (1:6)  dubla imza atan "Sportinq"in oyunçusu Bruno Fernandes də yer alıb. Onunla, yanaşı, Olivye Jiru ("Çelsi"), Cermeyn Lens ("Beşiktaş") və Hakan Çalhanoğlu ("Milan") bu həftənin ən yaxşısı ola bilər.

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.