Bu gün Avropa Çempionatında ikinci finalçının adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, yarımfinalda İngiltərə və Niderland milliləri qarşılaşıb.
Görüşdə ingilislər Harri Keyn və Olli Vatkinsin qolları ilə qalib gəlib. Niderland millisində isə Xavi Simons qol vurub: 1:2.
Beləliklə, 14 iyul Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq AÇ-2024 finalında İspaniya və İngiltərə milliləri üz-üzə gələcək.