Azərbaycan əsilli rusiyalı futbolçu Aleksandr Səmədov Avropa Çempionatının favoriti haqda fikirlərini bildirib.
Offsideplus.az xəbər verir ki, "Spartak"ın (Moskva) sabiq üzvü İspaniyalı çempionluğa daha şanslı hesab edir:
"İlk turdan sonra bir daha əmin oldum ki, İspaniya favoritdir. İstəyirəm ki, onlar Fransanı məğlub etsinlər və finala vəsiqə qazansınlar".
Qitə turnirinin yarımfinalında İspaniya Fransanı, Niderland isə İngiltərəni sınağa çəkəcək. Bu mərhələsinin oyunları 9-10 iyulda keçiriləcək.