2 iyul Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq Avstriya - Türkiyə oyunu üçün təxmini heyətlər bəllidir.
Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, 2 futbolçu sarı vərəqə limitini doldurduğu üçün 1/8 final oyununu buraxacaq. Bunlar kapitan Hakan Çalhanoğlu və Samet Akaydındır. Cəzası bitən Abdülkerim Bardakçı isə start heyətdə yerini alacaq. Təxmini "11-lik"lər aşağıdakı kimidir:
Avstriya: Pentz; Poş, Danso, Lienhart, Mvene; Seivald, Grillits; Baumqartner, Laymer, Sabitzer ve Gregorits.
Türkiyə: Mert Günok; Zeki, Merih, Abdülkerim, Ferdi; İsmail, Salih; Barış, Orkun, Kenan, Arda.
Qeyd edək ki, Türkiyə millisində 10 futbolçu sarı vərəqə limitindədir:
Zeki Çelik, Salih Özcan, Kenan Yıldız, İsmail Yüksek, Mert Günok, Uğurcan Çakır, Mert Müldür, Orkun Kökçü, Kaan Ayhan və Arda Güler.