Türkiyə milli komandasının bu gün növbəti məşqi baş tutub.
Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, məşq toplanışına iki futbolçu qatılmayıb. Onlardan biri zədəli İrfan Can Kahvecidir. Digəri isə Arda Gülər olub. Son məlumata görə, 19 yaşlı yarımmüdafiəçi yorğunluğu səbəbindən məşqdə iştirak etməyib.
Qeyd edək ki, Türkiyə yığması 22 iyun Bakı vaxtı ilə saat 20:00-da Portuqaliya ilə üz-üzə gələcək.