21 yaşadək futbolçuların Avropa çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, ötən gün turnirdə 1/4 final görüşlərinə start verilib. Əvvəlcə Gürcüstan və İsrail komandaları meydana çıxıb. Əsas və əlavə vaxtı qolsuz başa çatan oyundan sonra penaltilər seriyasına ehtiyac duyulub. Daha dəqiq olan İsrail yığması (4:3) yarımfinala vəsiqə qazanan ilk iştirakçı olub. 

Günün son matçında isə İspaniya və İsveçrə seçmələri üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatdığından əlavə vaxt oynanılıb. Burada daha bir qol vuran pireneylilər adını ən güclü 4 komanda arasına yazdıran növbəti kollektiv olub. 

Qeyd edək ki, yarımfinal mərhələsinin son 2 görüşü isə bu gün baş tutacaq.

Xatırladaq ki, iyulun 8-də yekun vurulacaq Avropa çempionatına Gürcüstan və Rumıniya ev sahibliyi edir.

1 iyul 

20:00 Gürcüstan - İsrail - 0:0 (Penaltilər seriyası - 3:4)

23:00 İspanya - İsveçrə - 2:1 

Qollar: S. Qomez, 68, J.Miranda,103 - M. Amduni, 90+1