İsveç millisinin üzvü Lüdviq Auqustinsson Avro-2024-ün seçmə mərhələsinin 2-ci turunda Azərbaycana qarşı keçiriləcək görüşü buraxacaq.
Offsideplus.az İsveç Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, "Malyorka"ın müdafiəçisi Belçika ilə görüşdə zədələndiyindən yığmanın heyətindən kənarlaşdırılıb.
Auqustinssonun əvəzinə İngiltərənin "Uotford" klubunun futbolçusu Ken Sema milliyə dəvət olunub.
Qeyd edək ki, martın 27-də keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə vaxtilə saat 22:45-də start götürəcək.