AÇ-2020-nin Bakıda keçiriləcək 1/4 final oyununda iştirak edəcək ilk yığma bəlli olub.

Offsideplus.az xəbər verir ki, bu, Danimarka millisidir. Komanda 1/8 finalda Uelsə 4:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Danimarkanın Bakıdakı matçdakı rəqibi Niderland - Çexiya cütünün qalibi olacaq.

Qeyd edək ki, Bakıdakı 1/4 final mərhələsi görüşü iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.