Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Mark Koqanov və baş katibi Fəxri Həsənov Yunanıstanın Afina şəhərində keçirilən Avropa Üzgüçülük Federasiyasının (LEN) hesabat-seçki konfransında iştirak edirlər.

Offsideplus.az xəbər verir ki, tədbirdə LEN-in gələcəkdə görüləcək işlərinin müzakirəsi nəzərdə tutulub.

Həmçinin, digər yeniliklər və keçirilməsi plaqnlaşdırılan yarışların təşkili məsələləri ilə də fikir mübadiləsi aparılacaq.