Bədii gimnastika üzrə 7-ci Bölgələrarası Kuboka start verilib.

Offsideplus.az xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində keçirilən yarışda “Ocaq Sport” Klubunun Zaqatala, Şamaxı, Ağdaş bölmələri, Abşeron, Naxçıvan, Masallı, Sumqayıt, Lənkəran, İsmayıllı, Qusar, Göyçay Olimpiya İdman Kompleksi, Mingəçevir - “Kür” Olimpiya Tədris-İdman Mərkəzindən 36 gimnast qüvvəsini sınayır.

Onlar balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-cu il) yaş kateqoriyasında çıxış edəcəklər.

Yarışda balacalar - alətsiz, gürzlər, lent, yeniyetmələr - alətsiz, top, gürzlər, gənclər isə - halqa, top, gürzlər və lentlərlə bacarıqlarını nümayiş etdirəcəklər.

Qaliblər çoxnövçülük proqramında müəyyənləşəcək.