Portuqaliyanın Portimao şəhərində bədii gimnastika üzrə keçirilən beynəlxalq turnir davam edir. 

Offsideplus.az xəbər verir ki, yarışda Azərbaycan yığma komandasının üzvləri daha 4 medal qazanıblar.

Komandamızın üzvü Şəms Ağahüseynova topla hərəkətlərin icrasında, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandası isə çoxnövçülük proqramında, eləcə də 5 ip və 5 topla hərəkətlərin icrasında bürünc medallara layiq görülüblər.