Bədii gimnastika üzrə Azərbaycan yığma komandası Portuqaliyaya yollanıb. 

Offsideplus.az xəbər verir ki, millimiz Portuqaliyanın Portimao şəhərində şəhərində keçiriləcək Challenge seriyasına aid Dünya kubokunda iştirak edəcək. 

Azərbaycanı fərdi gimnastlar Zöhrə Ağamirova və Kamilla Seyidzadə, eləcə də qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina təmsil edəcək.