"Napoli" klubunun qatı azarkeşi kimi tanınan televiziya aparıcısı Florina Messina komandasının İtaliya kubokunun finalında "Yuventus"a qalib gəlməsini bayram edib.
Offsideplus.az xəbər verir ki, cazibədar aparıcı Neapol təmsilçisinin həlledici matçda penaltilər seriyasında "Yuventus"a 4:2 hesabı ilə qalib gələrək, çempion olmasından sonra "instagram" hesabında klubunun formasını geyinərək çəkdirdiyi fotoları paylaşıb.
Bu paylaşımlar izləyicilərin marağına səbəb olub.