“Liverpul” klubunun isveçrəli yarımmüdafiəçisi Xerdan Şakiri mövsüm sonu klubunu dəyişəcək.

Offsideplus.az xəbər verir ki, “Nyukasl” oyunçunun xidmətində maraqlıdır.

Ərəb şahzadə Məhəmməd Bin Salmanın klubu satın alacağı təqdirdə, "sağsağanlar"ın transfer siyahısında Şakirinin də adı var.

28 yaşlı isveçrəli futbolçu “Nyukasl”a keçməyə müsbət yanaşır. 

Bu gün artıq tərəflər arasında görüşün də keçirildiyi bildirilir.