Qadın şahmatçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının hazırlığına başlayıb.

Offsideplus.az xəbər verir ki, Bakıda təşkil olunan ilk məşqlər qrosmeyster, FIDE məşqçisi Mixail Brodskiyin rəhbərliyi altında keçirilir.

O, uzun müddət Ukraynanın qadınlardan ibarət yığmasının məşqçisi olub.

Brodskiyin dövründə  Ukrayna komandalar arasında dünya və Avropa çempionatının qızıl medalını qazanıb, iki dəfə Ümumdünya Şahmat Olimpiadasının bürünc medalına layiq görülüb.