Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində son tura yekun vurulub. 

Offsideplus.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov 12-ci turu da bərabərlik ilə başa vurub. Hindistanlı Vişvanatan Ananndla heç-heçəyə razılaşan Şəhriyar yekunda 8.5 xalla turniri 4-cü pillədə başa vurub.

Qeyd edək ki, turnirin qalibi Qiri Anişi tay-breykdə məğlub edən Maqnus Karlsen oldu.