Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində 12-ci tura yekun vurulub. 

Offsideplus.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov 12-ci turu da bərabərlik ilə başa vurub. Qavain Cons ilə xalları yarı bölən Şəhriyar, 8 xal ilə 1 oyun artıq keçirməklə şəriksiz liderdir.

Qeyd edək ki, sabah keçiriləcək son turda Məmmədyarov hindistanlı Vişvanatan Ananndla görüşəcək.