Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində altıncı tura yekun vurulub. 

Offsideplus.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov 9-cu turu bərabərlik ilə başa vurub. Vladimir Kramnik ilə heç-heçə edən Şəhriyar, 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, yanvarın 24-ü  keçiriləcək 10-cu turda Şəhriyar Peter Svidler ilə qarşılaşacaq.