Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində altıncı tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov 6-cı turu qələbə ilə başa vurub. Hindistanlı Baskaran Adhibanı məğlub edən Şəhriyar, bu qələbə ilə xallarını 4.5-ə çatdırıb və 1-ci pilləyə yüksəlib. Bu qələbədən sonra Məmmədyarov Dünya sıralamasında 2-ci pillədəki mövqeyini gücləndirib.
Qeyd edək ki, yanvarın 20-si keçiriləcək 7-ci turda Şəhriyar çinli şahmatçı Wei Yi ilə qarşılaşacaq.