Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində üçüncü tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov turu bərabərlik ilə başa vurub. Rusiyalı Maksim Matlakovla bərabərliyə razılaşan Şəhriyar, aktivindəki xalları 2-ə çatdırıb və 3-cü pilləyə yüksəlib. Turnir cədvəlinə isə 2.5 xalla hindistanlı Vişvanatan Anand başçılıq edir.
Qeyd edək ki, yanvarın 16-sı keçiriləcək 4-cü turda Şəhriyar Sergey Karyakin ilə qarşılaşacaq.