Şahmatçımız Eltac Səfərli İspaniyada açıq turnir çərçivəsində keçirilən blits yarışında uğurla çıxış edib.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı qrossmeyster doqquz turdan 7,5 xal toplayaraq birinci yeri tutub.

Qeyd edək ki, Səfərli yarışın güclü A turnirində mübarizəsini davam etdirir. Səkkiz turdan sonra o, 6 xalla üçüncü yerdədir. Son turda şahmatçımız yarım xal geri qaldığı lider Tin Jingyao (Sinqapur) ilə üz-üzə gələcək.