Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində yarımfinala vəsiqə uğrunda almaniyalı Vinsent Kaymerlə üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, hər iki qrosmeyster B qrupunu eyni - 3,5 xalla başa vurduğundan qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılıb.

İlk qarşılaşmada ağ fiqurlarla oynayan Məmmədyarov rəqibinə qalib gəlib. Qara fiqurlarla ikinci dueldən məğlub ayrılan 37 yaşlı şahmatçı növbəti iki oyunda qələbə qazanaraq, adını yarımfinala yazdırıb.

Əsasnaməyə görə, yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.