Amerika Birləşmiş Ştatlarının şahmat paytaxtı hesab olunan Sent-Luis şəhərində "Grand Chess Tour" şahmat seriyası davam edir.

Offsideplus.az xəbər verir ki, təmsilçimiz Şəhriyar Məmmədyarov turnirin 6-cı pilləsində qərarlaşıb.

Qeyd edək ki, Şəhriyar seriyanın birinci mərhələsi olmuş "Superbet Chess Classic Romania"-ın qalibi olmuşdur. Mərhələnin mükafat fondu isə 150 000 ABŞ dollar təşkil edir.