Beynəlxalq Şahmat Federasiyası (FİDE) zəka sahiblərinin yeni reytinq siyahısını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, ilk 10-luqda Azərbaycanın iki şahmatçısı yer alıb.
Şəhriyar Məmmədyarov (2770) 8-ci pillədəki mövqeyini qoruyub. Teymur Rəcəbov (2765) da 10-cu yerdə qalıb.
Qadın şahmatçılardan Günay Məmmədzadə 1 pillə geriləyərək 2443 xalla 28-cudur. 2 pillə geriləyən Gülnar Məmmədova 2382 xalla 80-ci, 1 pillə geriləyən Xanım Balacayeva 2376 xalla 90-cı pillədə qərarlaşıb.