Almaniyanın paytaxtı Berlindəki şahmat tacına iddiaçılar turnirində bu gün 13-cü turun oyunları keçiriləcək.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişukla qarşılaşacaq. Təmsilçimiz ağ fiqurlarla oynayacaq.

Hər iki şahmatçının aktivində 6.5 xal var.

Qeyd edək ki, bu partiyada uduzan şahmatçı qalib olmaq şansını itirəcək.

İddiaçılar turniri

13-cü tur

Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Aleksandr Qrişuk (2767, Rusiya)

Uesli So (2799, ABŞ) - Sergey Karyakin (2763, Rusiya)

Fabiano Karuana (2784, ABŞ) - Levon Aronyan (2794, Ermənistan)

Liren Dinq (2769, Çin) - Vladimir Kramnik (2800, Rusiya)
 
Turnir cədvəli: Karuana, Karyakin - 7 xal; Məmmədyarov, Dinq, Qrişuk – 6,5; Kramnik – 5,5; So – 5; Aronyan – 4.