Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən şahmat üzrə İddiaçılar Turnirində 4-cü turun oyunları baş tutub.
Offsideplus.az xəbər verir ki, 4 görüşün hamısında heç-heçə qeydə alınıb.
Amerika təmsilçisi Fabiano Karuana rusiyalı Yan Nepomnyaşi ilə, çinli Liren Dinq Hollandiya təmsilçisi Aniş Giri ilə süllhə razılaşıb.
Fransalı Maksim Vaşe-Laqrav rusiyalı Aleksandr Qrişukla, Çin təmsilçisi Hao Yanq Kiril Alekseyenko (Rusiya) ilə heç-heçə edib.