Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turnirinin üçüncü turunun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, səkkiz şahmatçının mübarizə apardığı turnirin üçüncü turunda amerikalı Fabiano Karuana çinli Liren Dinqə məğlub olub. Bununla L.Dinq turnirdə ilk xalını qazanıb. Fransalı Maksim Vaşe-Laqrav Niderland təmsilçisi Aniş Giri, rusiyalı Aleksandr Qrişuk Hao Yanq (Çin) və Rusiya təmsilçisi Kiril Alekseyenko həmvətəni Yan Nepomnyaşi ilə heç-heçə ediblər.
Üç turdan sonra, H.Yanq, M.Vaşe-Laqrav, Y.Nepomnyaşi 2, A.Qrişuk, F.Karuana 1,5, K.Alekseyenko, A.Giri, L.Dinq 1 xal toplayıblar.
On dörd turdan ibarət turnirə aprelin 3-də yekun vurulacaq.
Qeyd edək ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun koronavirusla əlaqədar turnirin tarixə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina edib.