Berlində şahmat tacına iddiaçıların turniri davam edir. 

Offsideplus.az xəbər verir ki, yarışın VII turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Aleksandr Qrişukla üz-üzə gəlib. Ötən turda ağ fiqurlarla Vladimir Kramnikə qalib gələn Məmmədyarov bu dəfə qara fiqurlarla oynayıb. Görüş erkən heç-heçə ilə nəticələnib.

Qeyd edək ki, Şəhriyar hazırda Fabiano Karuana ilə birlikdə turnir cədvəlinin 1-2-ci pilləsində qərarlaşıb.

VII tur

Aleksandr Qrişuk – Şəhriyar Məmmədyarov - 0,5:0,5

Vladimir Kramnik – Liren Ding

Sergey Karyakin – Uesli So

Levon Aronyan – Fabiano Karuana

Turnir cədvəli: Karuana, Məmmədyarov – 4 xal; Kramnik, Dinq, Qrişuk - 3; Aronyan, So – 2,5; Karyakin – 2