"Napoli” klubunun sahibi Aurelio De Laurentis məhkəməyə çıxacaq. 

Offsideplus.az xəbər verir ki, “klub və rəhbəri barəsində rəsmi məhkəmə prosesi başlayacaq.

Onlar Manolas və Osimhen transferləri ilə bağlı saxta mühasibatlıq (maliyyə məlumatlarının yanlış göstərilməsi) ittihamı ilə mühakimə olunacaqlar.

İttihamların detalları yaxın günlərdə məhkəmədə təqdim ediləcək.