"Milan" İtaliya Çempionatının V turunda lider "Napoli"ni qəbul edib.
Offsideplus.az xəbər verir ki, "rossoneri" ilk hissəni 2:0 öndə bitirib.
İkinci hissədə isə Kevin De Bruyne penaltidən fərqlənərək hesab arasındakı fərqi azaldıb. Bu epizodda eyni zamanda "qırmızı-qaralar"ın müdafiəçisi Pervis Estupinyan komandasını azlıqda qalıb.
"Milan" buna baxmayaraq hesabdakı üstünlüyünü qoruyub-saxlamağı bacarıb - 2:1.
Bu qələbə onları liderliyə yüksəldib. Hər iki komandanın aktivində 12 xal var.
"Milan" top fərqinə görə zirvəni ələ keçirib.



