"İnter"in futbolçusu Hakan Çalhanoğlu gələcəyi barədə açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, İtaliya nəhənginin təlim-məşqinə qoşulan türkiyəli yarımmüdafiəçi bunları deyib:

"Qayıtdığım üçün xoşbəxtəm. "İnter" üçün darıxmışdım.Transfer şayiələri hər yay olur. Bu il bir az daha çox oldu. Mən heç nə danışmamışdım. Danışmaq üçün buraya qayıtmağı gözləyirdim. Xoşbəxtəm, “İnter”in oyunçusuyam və həmişə burada davam etmək istədiyimi demişəm. Məqsədim burada kuboklar qazanmaqdır. Mən Lautaro ilə danışdım, biz professionalıq, danışıb hər şeyi həll etdik. Heç bir problem yoxdur".

Qeyd edək ki, H. Çalhanoğlunun adı həm "Qalatasaray", həm də "Fənərbağça" ilə anılmışdı.