"Napoli" heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Neapol klubu "Udineze"nin hücumçusu Lorentso Lukkanı transfer edib. 24 yaşlı futbolçu məcburi satınalma şərti ilə birlikdə ivarə əsasınfa "Napoli"yə keçib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Udineze" bu keçiddən 9+26 milyon avro qazanacaq. 26 milyon gələn yay ödəniləcək.
Lukka 2023-cü ilin yayından "ağ-qaralar"da çıxış edirdi. O, başa çatan mövsüm A Seriyasında 33 oyuna 12 qol vurmağı bacarıb.
Qeyd edək ki, "Napoli" Viktor Osimhen üçün "Qalatasaray"la danışıqları davam etdirir.



