"İnter" Hakan Çalhanoğlu və Lautaro Martines barədə qərar verib.
Offsideplus.az xəbər verir ki, İtaliya klubuna argentinalı və türkiyəli futbolçunu barışdırmaq üçün toplantı keçirib. Komandanın təcrübəli simaları Hakan və Lautaronu bir araya gətirmək üçün çalışacaqlar.
Bu barədə "La Gazetta dello Sport" nəşri məlumat yayıb.
Xatırladaq ki, klublararası dünya çempionatında "Fluminense"yə məğlubiyyətdən sonra (0:2) L.Martines komanda yoldaşları barədə sərt tənqidi fikirlər səsləndirib. Klubun prezidenti Cüzeppe Moratta həmin fikirlərin əsas hədəfinin Hakan Çalhanoğlu olduğunu söyləyib və bundan sonra futbolçuların arası dəyib.