"İnter" klubu Luis Enrike transfer etdiyini rəsmən açıqlayıb.
Offsideplus.az xəbər verir ki, "neradzuri" 23 yaşlı vinger üçün "Marsel"ə 25 milyon avro ödəyəcək. Onunla 5 mövsümlük müqavilə imzalanacaq.
L. Enrike 2020-ci ildən "Marsel"in futbolçusudur. O, başa çatan mövsümdə 35 oyunda 9 qol vurub və 10 məhsuldar ötürmə edib.