9 ildir “Atalanta”ya rəhbərlik edən Can Pyero Qasperini klubdan ayrıldığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 67 yaşlı mütəxəssisin müqaviləsi iyunda başa çatırdı və o, fevralda yeniləməyəcəyini bildirmişdi.

Qasperini “Atalanta”ya gəldikdə əsas məqsəd A Seriyasında qalmaq idi. Lakin o, komandanı Avropa Liqasının qalibinə, Çempionlar Liqası iştirakçısına və İtaliya futbolunun güclü kollektivlərindən birinə çevirdi.

“Yalnız son saatlarda bu gözəl hekayəyə son qoymağa qərar verdim. Amma buna vida deməyək”, – deyə o açıqlamasında bildirib.

Qasperinin adı hazırda baş məşqçisiz qalan “Roma” ilə hallanır.