"Napoli"nin çempionluq bayramında yaralananlar var.

Offsideplus.az xəbər verir ki Neapol küçələrində 98 nəfər atəşfəşanlıq zamanı yaralanıb. 1 nəfər bıçaqlanıb, 10 nəfər soyulub və 4 nəfər saxlanılıb. Bu barədə "La Gazzetta dello Sport" saytı məlumat yayıb. 

Qeyd edək ki, Neapol təmsilçisi 2024-25 mövsümü üzrə İtaliya A Seriyası çempionu olub.