"Napoli" klubu tarixində 4-cü dəfə İtaliya A Seriyası çempionu olub.
Offsideplus.az xəbər verir ki, Antonio Kontenin komandası son turda "Kalyari"ni 2:0 hesabı ilə məğlub edib. Oyunda Skott Maktominey və Romelu Lukaku qol müəllifləri olub. Beləliklə, xallarının sayını 82-yə çatdıran Neapol təmsilçisi "İnter"i 1 xal qabaqlayaraq, ölkə çempionluğunu qazanıb.
"İnter" isə son turda "Komo" üzərində qələbə qazansa da, bu, çempion olmağa kifayət etməyib.
"Napoli"ni çempion edən qolları təqdim edirik: