Viktor Osimhen "Yuventus" klubunun təklifini qəbul etməyib.
Offsideplus.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Xəbərdə verilən məlumata görə Osimhen növbəti mövsüm Çempionlar Liqasında oynamaq istəyir. Onun "Qalatasaray"da qalma ehtimalı yüksəkdir.
Nigeriyalı hücumçu cari mövsüm "sarı-qırmızılar"ın heyətində 40 oyunda 36 qol vurub.
O, müqavilə ilə "Napoli"yə məxsusdur və yayda Neapol klubuna qayıdacaq. Lakin onun burada qalmaq ehtimalı yoxdur.



