"Yuventus" klubu Viktor Osimhen barədə yekun qərarını verib.

Offsideplus.az xəbər verir ki, "qoca sinyora" nigeriyalı hücumçunu transfer edəcək. Onun üçün 85 milyon avro ödəməyə hazırdılar.

Bu barədə "Correiro dello Sport" məlumat yayıb.

Osimhen cari mövsümü icarə əsasında "Qalatasaray"da keçirib. O, burada 40 oyunda 36 qol vurmağı bacarıb.

Nigeriyalı müqavilə ilə "Napoli" klubuna məxsusdur. Onun yayda Neapol təmsilçisindən birdəfəlik ayrılacağı dəqiqdir.