"Roma" 2025-ci ildə İtaliya A Seriyasında ilk dəfə məğlub olub.

Offsideplus.az xəbər verir ki, Klaudio Ranyeri yetirmələri səfərdə "Atalanta" ilə qarşılaşıb. "Atalanta" matçın son dəqiqələrində vurduğu qolla 2:1 hesablı qələbə qazanıb.

Berqamo təmsilçisi bu qalibiyyət ilə xalını 71-ə yüksəldib və növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanıb.

Bu nəticə ilə "canavarlar"ın 19 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb. Onlar bu qarşılaşmalarda 14 qələbə qazanıb, 5 heç-heçə etmişdi.