İnter-in futbolçusu Raca Nainqqolan Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda Barcelona ilə oyunu buraxacaq.
Offsideplus.az xəbər verir ki, buna səbəb 30 yaşlı yarımmüdafiəçinin A seriyasının 9-cu turunda Milan-la matçda (1:0) zədələnməsidir. 30-cu dəqiqə məcburi əvəzlənən belçikalı oyunçunun Kataloniya klubu ilə görüşə kimi hazır olmayacağı bildirilib.
Qeyd edək ki, Barcelona - İnter oyunu oktyabrın 24-ü keçiriləcək.


