İtaliya Futbol Federasiyası futbolda şəffaflığı artırmaq üçün növbəti yeniliyi tətbiq edəcək.
Offsideplus.az xəbər verir ki, İtaliya kubokunun yarımfinal və final oyunlarında hakimin VAR otağı ilə danışığı zamanı söhbət səsucaldanlar vasitəsilə stadiona və televiziyaya ötürüləcək.
Beləliklə oyunun baş hakimi ilə VAR hakimləri arasında keçən dialoqu matçı həm stadiondan, həm də televiziya qarşısından izləyən azarkeşlər də dinləyə biləcək.
Qeyd edək ki, bir neçə gün öncə verilən yeni qərara əsasən Seriya A oyunları zamanı VAR-da baxılan mübahisəli epizodları tribunadakı fanatların da görə bilməsi üçün stadiondakı böyük monitorlara da ötürəcəklər.