İtaliyada Seriya A oyunlarının daha şəffaf idarə edilməsi üçün VAR sistemi ilə bağlı yeni qərar qəbul edilib.
Offsideplus.az xəbər verir ki, çempionat oyunları zamanı VAR-da baxılan epizod stadiondakı böyük ekranlarda da göstəriləcək. Beləliklə azarkeşlərin də hakimlə bərabər epizodu daha yaxından görməsinə şərait yaradılacaq.
Qərar qarşıdakı XXX turdan etibarən tətbiq olunacaq.
Qeyd edək ki, İtaliyada VAR 2017/18 mövsümündən etibarən istifadə edilir.