"İnter"in futbolçusu Hakan Çalhanoğlu Türkiyə millisindən komanda yoldaşı olan Arda Güler barədə danışıb.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi onunla bir komandada oynamaq istədiyini də bildirib:
"Arda bizim üçün çox vacib oyunçudur və mənim balaca qardaşım kimidir. Əlbəttə, mən istəyərəm ki, o, "İnter"ə qoşulsun".
"Hamı komandasında keyfiyyətli oyunçuları istəyər. Mən dəqiq bilmirəm onun "Real"da işləri necə gedir. Ümid edirəm, o, daha çox meydanda olar".