"Yuventus"un baş məşqçisi Tiaqo Mottanın işi təhlükədədir.

Offsideplus.az xəbər verir ki, "qoca sinyora"nın nəticələri düzəlməsə, 42 yaşlı mütəxəssislə yolların ayrılacağı gözlənilir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun yerinə əsas namizəd İqor Tüdordur. Xorvatiyalı daha öncə həm futbolçu kimi, həm də köməkçi məşqçi kimi "Yuventus"da çalışıb.