Hakan Çalhanoğlu karyerası ilə bağlı maraqlı açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, "İnter"in türkiyəli yarımmüdafiəçisi futbolu Milan təmsilçisində bitirmək istədiyini söyləyib:

"Bura gəlməyim həyatımda böyük dəyişikliyə səbəb oldu. "Milan"dan "İnter"ə keçmək asan deyil. Keçmişdə də bu komandanı sevirdim. Artıq gənc futbolçu deyiləm. Ümid edirəm ki, karyeramı burada bitərərəm. Futbolda bunu söyləmək düzgün deyil. Amma əlimdən gələni edəcəm ki, burada uzun müddət qala bilim".