"Yuventus" qış "transfer pəncərəsi"ndə heyətini gücləndirmək istəyir.

Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi" Feyenoord"un üzvü David Qantsko ilə yaxından maraqlanır.

Məlumatı "La Gazzetta dello Sport" nəşri yayıb.

İddiaya görə, İtaliya təmsilçisi 26 yaşlı müdafiəçini zədəli Bremerin yerinə düşünür. Keçid üçün Niderland təmsilçisi ilə danışıqlara artıq indidən start verilib. "Yuventus" "Feyenoord" rəhbərliyini razı salmaq üçün Fakundo Qonzalesi də onlara icarəyə verməyə razıdır.

Qeyd edək ki, slovakiyalı bu mövsüm 21 matçda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.