İtaliya nəhəngi baş məşqçisi ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, "Roma" İvan Yuriçlə vidalaşıb. Paytaxt klubu İtaliya A Seriyasının XII turunda "Bolonya"ya "3-2" hesabı ilə məğlubiyyətdən sonra xorvatiyalı mütəxəssisi istefaya göndərib.
Komanda Yuriçin rəhbərliyi altında 4 qələbə, 3 bərabərlik və 5 məğlubiyyətlə üzləşib. "Canavarlar" bu nəticələrdən sonra 13 xalla turnir cədvəlinin 12-ci pilləsində yer alıb.
Qeyd edək ki, 49 yaşlı çalışdırıcı 2 ay öncə "Roma"nın "sükanı arxası"na gətirilmişdi.